Ru
18:07 / 11 Oktyabr 2024

Mesut Özil: "Məqsədim Azərbaycanda istedadlı futbolçular yetişdirməkdir"

654
Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir.

Bakupost.az xəbər verir ki, bunu Bakıda səfərdə olan sabiq futbolçu Mesut Özil deyib.

"Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın?", - deyə keçmiş yarımmüfafiəçi vurğulayıb.

O, "Qarabağ" klubuna qarşı keçirdiyi oyunları yada salıb:

"Hər zaman ölkənizə gələndə insanlar məni yaxşı qarşılayıblar. "Qarabağ"a qarşı da oynamışam. Həmin matçı xatırlayıram".

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar