Ru
17:48 / 29 Aprel 2025

Mətbuatın 150 illiyi ilə bağlı tədbirlər müzakirə olunub - Rəşad Məciddən açıqlama

Mətbuatın 150 illiyi ilə bağlı tədbirlər müzakirə olunub - Rəşad Məciddən açıqlama
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, yubiley tədbirlərini Prezident Administrasiyası Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə təşkil edəcək.

Bəs yubileylə əlaqədar hansı tədbirləri planlaşdırılır?

Məsələ ilə bağlı Bakupost.az -a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid öncə sözügedən sərəncama görə, Prezident İlham Əliyevə təşəkkür edib və bildirib ki, yaxın vaxtlarda Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası bu məsələləri müzakirə edəcək:

“Bu gün Mətbuat Şurasının iclası oldu. İdarə heyətində bu sərəncamı yüksək qiymətləndirdik və mətbuatın 150 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə fikir mübadiləsi apardıq. Sərəncamın icrası Medianın İnkişafı Agentliyinə və Mətbuat Şurasına həvalə olunub. Çox güman ki, yaxın vaxtlarda hər iki qurum birlikdə bu məsələləri müzakirə edəcək. Bilirsiniz ki, Medianın İnkişafı Agentliyi tərəfindən mətbuatımızın 150 illiyi ilə bağlı yubiley medalı təsis olunub və parlament bunu qəbul edib. Elə bilirəm ki, bu, başlanğıc kimi çox yaxşı bir addımdır. Mətbuatımız 150 illiyini geniş şəkildə qeyd etməyə layiqdir. Cənab Prezidentimizin sərəncamında da mətbuatımızın tarixi, inkişaf yolu, gələcək inkişafı barədə demək olar ki, bir yol xəritəsi yaradılıb. Peşəkar jurnalistikamızın sərəncamdan irəli gələn vəzifələri icra etməyə bütün gücü və məsuliyyəti yerindədir. Mən bütün mətbuat işçilərini mətbuatın 150 illiyi münasibətilə təbrik edirəm”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar