Ru
12:40 / 03 Fevral 2025

Mətin Mirzəyə səfirlikdə vəzifə verildi

Mətin Mirzəyə səfirlikdə vəzifə verildi
744

Uzun illərdir diplomatiya sahəsində çalışan Mətin Mirzə yeni vəzifəyə təyin olunub.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, o, bir müddət öncə Azərbaycanın İrandakı Səfirliyində müşavir vəzifəsində işə başlayıb.

Məlumatı Mətin Mirzənin özü də təsdiqləyib. O bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərdə də iştirak edib.

Xatırladaq ki, Mətin Mirzə mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğludur. O, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olub, 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar