Ru
13:08 / 14 Dekabr 2024

Bakıda metro işçisinin halı pisləşdi, vəfat etdi

Bakıda metro işçisinin halı pisləşdi, vəfat etdi
Eye

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Bakupost.az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, hadisə bu gün səhər saat 5:30-da baş verib.

“İş vaxtı bitən, “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, - B.Məmmədov əlavə edib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar