Ru
15:05 / 29 Noyabr 2024

Metroda qatarların hərəkət qrafiki DƏYİŞDİRİLƏCƏK

Metroda qatarların hərəkət qrafiki DƏYİŞDİRİLƏCƏK
Eye

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar sabahdan metronun Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Bakupost.az xəbər verir ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar