Ru
18:44 / 04 Dekabr 2024

Metroda qatarlar ləngidi: Sıxlıq yarandı - FOTO

Metroda qatarlar ləngidi: Sıxlıq yarandı - FOTO
Eye

Bakı metrosunda “Yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Bu barədə Bakupost.az -a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

“Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda bildirilib

***
Qatarların ləngiməsi səbəbindən "28 May" stansiyasında sıxlıq yaranıb.

***

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, texniki nasazlıq müəyyən edilərək, qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.

Yaranmış vəziyyətlə bağlı platformaların daha artıq yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Hazırda “28 May” və “Elmlər Akademiyası” stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

Metroda qatarlar ləngidi: Sıxlıq yarandı - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar