Ru
18:32 / 11 Oktyabr 2024

Metroda qatarların hərəkəti ləngiyib

706
"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.

Bakupost.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.

Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar