“28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Bu barədə
Bakupost.az -a “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.
Bildirilib ki, nasazlığa görə sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.
Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb:
“Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”.