Ru
21:31 / 31 Avqust 2024

Meymunçiçəyinə yoluxanlar neçə günə sağalır?

1719
Koronavirus pandemiyasını yenicə yola salan dünya meymunçiçəyi ilə üz-üzədir. Ən çox yoluxma halı Afrika ölkələrində qeydə alınsa da, təhlükə digər ölkərdən də yan keçməyib. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi 109 ölkədə qeydə alınıb. Virusa 77 264 yoluxma halı və 36 ölüm qeydə alınıb. ÜST epidemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib.

Tarixdən və elə yaxın keçmişdən bəllidir ki, insanlar arasında sürətlə yayılan xəstəlik və viruslar zamanı dövlətlərin ilk qabaqlayıcı tədbiri karantindir. Karantin xəstəliyin sağalma müddətindən asılı olaraq qısa və uzunmüddətli olur.

Bəs meymunçiçəyinə yoluxanlar neçə günə sağalır? Meymunçiçəyi üçün karantin müddəti neçə gündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Ləman Qalimova deyib ki, xəstəliyin davametmə müddəti 3 həftədir:

"Meymunçiçəyi virusu 14-21 gün ərzində davam edir. Yəni bu müddətdə sağalmağa doğru gedir. Dəridə yeni səpkilər çıxmırsa, yaranmırsa keçiricilik qabiliyyəti azalır. Karantin müddəti də buna görə müəyyən edilir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar