Ru
14:05 / 10 Oktyabr 2024

Meymunun yeməyini oğurladı – İşdən qovuldu

Meymunun yeməyini oğurladı – İşdən qovuldu
3184

Osaki zooparkında ağlagəlməz hadisə baş verib.

Bakupost.az xəbər verir ki, zooparkın 47 yaşlı əməkdaşı meymunlara çatmalı olan meyvə-tərəvəzləri oğurlayaraq evinə aparıb.

Zoopark rəhbərliyi meymunların qidasında azalmanı müşahidə edib.

Daxili təhqiqat nəticəsində kameralara baxış zamanı işçinin meymunlara verdiyi payı azaltdığı, qalan meyvə-tərəvəzi gizlicə zooparkdan daşıdığı görünüb.

Zoopark rəhbərliyi bildirib ki, onlar meymunlar üçün tam normal, insanların istifadə etdiyi meyvə-tərəvəzi bazardan alırlar. Ona görə də heyvanlara verilən qidanı insanların da yeməsi mümkündür.

Amma icazəsiz oğurluq və heyvanları ac saxlamaq qanunsuzdur.

Aygün Musayeva
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar