Yeni il bayramı bitsə də bazarlarda bəzi məhsulların qiymətində artım müşahidə edilir. Amma bəzi məhsullarda xeyli ucuzlaşma var.
Bakupost.az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, bayramda bəzi məhsulların qiyməti necə bahalaşmışdısa, elə də qalıb.
Bununla yanaşı, bəzi satıcılar müəyyən məhsulların, xüsusilə meyvə növlərinin qiymətlərində ucuzlaşmanın müşahidə edildiyini deyirlər.
Ekspertlərin fikrincə, bazarın qiymət dinamikası istehsal və tələbin dəyişməsi ilə bağlıdır.