Ru
11:39 / 05 İyul 2024

Meyvə-tərəvəz niyə küçədə ucuz, marketdə isə bahadır?

3489
“Küçə ticarəti ilə məşğul olan şəxslər meyvə-tərəvəzi marketlərdən daha ucuz satırlar. Marketlərdə qiymətin baha olmasının bir neçə səbəbi var. Onlar küçə ticarəti ilə məşğul olanlardan fərqli olaraq məhsulu birbaşa olaraq bostanlardan deyil, tədarük məntəqələrindən alırlar. Marketlər ilə bazar arasında vergi ilə bağlı fərqlər var. Marketlər vergidən yayına bilmir, onların aylıq xərci, işçilərin maaşı və s. xərcləri bazarların xərcindən daha çoxdur. Sadalanan bu kimi səbəblərdən dolayı marketlərdə satılan məhsülların qiyməti bazar və küçələrdə satılanlarla müqayisədə baha olur”.




Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.

O qeyd edib ki, günün 24 saatı marketlərdən istənilən məhsulu almaq olar. Amma küçə ticarətində bu, mümkün deyil. Bu nüanslara görə də marketlərə əlavə mənfəət norması qoyurlar.

Ekspert bildirib ki, qiymətə həssas və həssas olmayan təbəqə var:


“Marketlərin verdiyi konfort bəzi insanları qane edir. Ona görə də bazara getməkdənsə, əlavə bir manat verməyə də razı olur ki, həmin məsuli marketdən alsın. Həm də marketlərdə ödəniş sistemi də rahatdır. Müştərilər nağdsız formada ödənişlərini edə bilirlər. Market dəyər təqdim etdiyi üçün qiyməti nisbətən baha təyin edə bilir. Amma qiymətə həssas olan təbəqə var ki, onun üçün 15-20 qəpik əhəmiyyətlidir. Buna görə də həmin şəxs gedib məhsulu bazardan, küçə ticarəti ilə məşğul olanlardan alır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar