Millət vəkili Arzu Nağıyev "Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçini ziyarət edib.
Bakupost.az xəbər verir ki, millət vəkili bu barədə sosial media hesabında bildirib.
“Bu gün hörmətli dostum Ehtiram Quliyevlə bir yerdə "Turan Tovuz"un ağır zədələnmiş oyunçusu Denis Marandiçinin müalicə aldığı Bona Dea Hospitalnda olduq, onun səhhəti ilə maraqlandıq. Çox şükürlər olsun, tibbi əməliyyat yüksək səviyyədə keçib və bir neçə gündən sonra ev şəraitində müəlicəsi davam etdiriləcəkdir. Denis reablitisayidan sonra yenə doğma komandada oynamağı davam etdirəcəkdir. Diqqət və qayğıya görə Bona Dea Hospitalının peşəkar tibbi heyətinə dərin təşəkkürümüzü bildirirk...
Biz birlikdə güclüyük...”
Qeyd edək ki, dekabrın 3-ü Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" və "Sabah" komandaları arasında keçirilən oyunda meydan sahibi komandanın futbolçusu Denis Marandiçinin ayağı sınmışdı.
Lalə Novruz, BakuPost