Ötən axşam Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
Bakupost.az xəbər verir ki, 6-cı turun son 9 görüşü keçirilib.
C Liqasının 1-ci qrupunda Azərbaycan yığması İsveçin qonağı olub. 0:6 hesabı ilə uduzan yığmamız qrupu 1 xalla sonuncu pillədə başa vurub. Komandamız C liqasında ən pis nəticə göstərən 2 komandadan biri kimi birbaşa D liqasına yuvarlanıb.
Türkiyə millisi səfərdə Monteneqro ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. Nəticədə B Liqasının 4-cü qrupunu 2-ci pillədə bitirən Türkiyə yığması A Liqasına vəsiqəni əldən verib.
UEFA Millətlər Liqası, 6-cı tur
19 noyabr
A Liqası, 3-cü qrup
Bosniya və Herseqovina – Niderland - 1:1
Macarıstan – Almaniya - 1:1
Xallar: Almaniya – 14, Niderland – 9, Macarıstan – 6, Bosniya və Herseqovina – 2
B Liqası, 1-ci qrup
Albaniya – Ukrayna - 1:2
Çexiya – Gürcüstan - 2:1
Xallar: Çexiya – 11, Ukrayna – 8, Gürcüstan – 7, Albaniya – 7.
4-cü qrup
Monteneqro – Türkiyə - 3:1
Uels – İslandiya - 4:1
Xallar: Uels – 12, Türkiyə – 11, İslandiya – 7, Monteneqro – 3
C Liqası, 1-ci qrup
Slovakiya – Estoniya - 1:0
İsveç – Azərbaycan - 6:0
Xallar: İsveç – 16, Slovakiya – 13, Estoniya – 4, Azərbaycan – 1
D Liqası, 2-ci qrup
Malta – Andorra - 0:0