Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezident Administrasiyası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməlidir.
Nazirlər Kabinetinə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etmək tapşırılıb.