Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Embraer 190” tipli sərnişin təyyarəsində qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, Əliyeva Hökumə Cəlil qızı "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.
Bakupost.az xəbər verir ki, stüardessanın atası Cəlil Əliyev bu barədə "Unikal"a açıqlamasında ölkə liderinə təşəkkürünü bildirib:
"Prezidentimə təşəkkür edirəm, dövlətimiz, millətimiz sağ olsun".
Cəlil Əliyev bu gün ekipaj heyəti ilə keçirilən vida mərasimində ölkə lideri ilə qısa dialoqundan da bəhs edib: "Bəzi arzu və qayğılarım var. Dedim bir oğlum var, Kəlbəcərdən və s. danışdıq. Dərdimə şərik oldu".