Ru
18:24 / 01 Fevral 2025

Milyardlarla işıq ili: Uzaq qalaktikadan yadplanetli siqnalı alındı

Milyardlarla işıq ili: Uzaq qalaktikadan yadplanetli siqnalı alındı
Eye


Alimlər milyardlarla işıq ili uzaqlıqdakı qədim bir qalaktikadan gələn və sürətli radio partlayışları kimi tanınan sirli siqnal aşkar ediblər. Bəzi ekspertlər bu intensiv radio dalğalarının yadplanetlilərin Yerlə əlaqə yaratmaq cəhdi, digərləri isə onların mənbəyinin qara dəliklər və ya çökmüş ulduzlar ola biləcəyini düşünür.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Şimal-Qərb Universitetinin tədqiqatçıları 2023-cü ilin fevral və iyul ayları arasında hər biri bir neçə millisaniyəlik 21 impuls yaradan sürətli radio partlayışları aşkarlayıblar. Yeni kəşfin unikal xüsusiyyəti onun artıq ulduz yaratmayan "ölü" bir qalaktikada tapılmasıdır.

Nəşr qeyd edir ki, bu, əvvəllər daha gənc qalaktikalarla əlaqəli olan bənzərsiz bir hadisədir və sirli kosmik hadisələrin mənşəyinin əvvəllər düşünüldüyündən daha müxtəlif ola biləcəyini göstərir.

Bu kəşfdən əvvəl elm adamları sürətli radio partlayışlarının yalnız hələ də ulduz yaradan daha gənc qalaktikalardan gəldiyini güman edirdilər.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar