Ru
12:49 / 27 Mart 2025

Mingəçevirdə ikili başdaşı məsələsinə aydınlıq gəldi: "Biri səhvən qoyulub"

Mingəçevirdə ikili başdaşı məsələsinə aydınlıq gəldi: "Biri səhvən qoyulub"
Eye

Mingəçevirdəki kənd qəbiristanlığında qeydə alınan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan ikili başdaşı məsələsinə aydınlıq gətirilib.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Mingəçevir Bələdiyyəsinin Dəfn Mərasimləri Xidmətinin kənd qəbiristanlığı üzrə nümayəndəsi Kamil Hüseynov Teleqraf-a danışıb.

Onun sözlərinə görə, ortaya çıxan problemə aydınlıq gətirmək üçün mərhum Cavad Qurbanzadənin yaxınları və qəbirüstü abidənin qoyulmasında iştirak edən şəxslər qəbiristanlığa dəvət olunublar.

Aparılan araşdırma zamanı məlum olub ki, "Övladlarından xatirə" yazılmış qəbirüstü abidə səhvən Cavad Qurbanzadənin məzarı üzərinə qoyulub. Əslində, mərhumun qəbrinin başdaşı "Dostlarından xatirə" lövhəsi yazısı olan başdaşıdır. Bu səbəbdən səhvin aradan qaldırılması üçün lövhənin dəyişdirilməsinə qərar verilib.

Lakin bu, yeni bir sual doğurur: Cavad Qurbanzadənin adına qoyulmuş abidənin altındakı məzarda kim dəfn olunub?

Bu məsələnin araşdırılması davam edir. Araşdırmaya cəlb olunan şəxslərin fikrincə, bu məzarda ailənin digər üzvü dəfn edilib. Sadəcə, başdaşının dəyişdirilməsinə ehtiyac var. Digər məlumatlarda qeyd olunub ki, ümumiyyətlə qəbirüstü abidə boş torpaq üzərində qoyulub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar