Ru
09:15 / 16 Aprel 2025

Mingəçeviri su basdı - FOTOLAR

Mingəçeviri su basdı - FOTOLAR
Eye

Axşamdan yağan güclü yağış Mingəçevirdə Günəşli bağlar massivində su kanalının daşmasına səbəb olub, ərazini su basıb.

Bakupost.az xəbər verir ki, səhərədək fasiləsiz yağan leysan xarakterli yağış nəticəsində şəhərin 20 Yanvar, M.Maqomayev, N.Nərimananov və digər küçələrini su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Aidiyyati qurumların çevik müdaxiləsi nəticəsində küçələrdə yığılan su kanalizasiya xəttlərinə axıdılıb.

Ən çətin durum isə Günəşli yaşayış massivində yaşanıb və hazırda yaşanmaqdadır.

Su kanalının dolması və daşması nəticəsində kanalın suyu sürətətlə əraziyə yayılmaqdadır. Ətraf küçə və həyətləri su basıb.

Ərazi sakinləri və avtomobillər üçün hərəkət məhdudiyyəti yaranıb.

Bəzi həyətlərdən sakinlər mühərriklərlə toplanmış suyu küçəyə axıtmağa çalışırlar.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar