Ru
13:15 / 18 Sentyabr 2024

Minimum əməkhaqqı artırılmalıdır - İqtisadçı

4047
“Minimum əməkhaqqının iqtisadi mahiyyəti ondan ibarətdir ki, hökumət işçilərə müəyyən edilən məbləğdən az əməkhaqqı verilməsini qadağan edir. Bu, vətəndaşların iqtisadi maraqlarını müdafiə edən dövlət mexanizmidir. Bu tapşırığın tərkib hissəsi kimi minimum əməkhaqqının alıcılıq qabiliyyəti düşəndə hökumət kompensasiya ödəməlidir. İstehlak qiymətləri məsələn, 10 faiz qalxarsa, minimum əməkhaqqı həddi də eyni səviyyədə qaldırılmalıdır”.





Bunu iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a deyib.


O bildirib ki, minimum əməkhaqqının səviyyəsi müəyyən edilərkən şərti istehlak səbətindən çıxış etmək lazımdır - hazırda bu, əmək qabiliyyətli şəxs üçün 287 manat, uşaq üçün isə 235 manat təşkil edir. Əgər həqiqətən belədirsə, 4 nəfərlik ailənin istehlak səbəti 1044 manata çatıb və minimum əməkhaqqı nəinki bir nəfərin, hətta ailənin hər üzvünün ehtiyaclarını nəzərə almalıdır. Bütün bunlar həm də ölkənin siyasi rəhbərliyinin sosial-iqtisadi kursu kontekstində mühüm əhəmiyyət kəsb edir:


“Ölkəmizdə minimum əməkhaqqı həm də bütün mövcud vergi və sosial ayırma siyahısına tabedir. Belə ki, ən az əməkhaqqı alanlar təsdiq edilmiş minimum əməkhaqqının hesablanmış 345 manatını deyil, dövlət sektorunda 306, özəl sektorda isə 316 manatını alırlar. Min manatı keçən orta nominal əməkhaqqlarından danışsaq, əslində, özəl sektorda bu cür maaşlar haradasa tətbiq olunsa da, dövlət sektorunda vəziyyət tamam başqa cürdür. Söhbət maaşları güclə 800 manata çatan ixtisaslı işçilərdən gedir. Bütün növ ayırmalar çıxılmaqla vətəndaşların əksəriyyəti daha aşağı maaş alır”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar