Ru
19:19 / 05 Fevral 2025

Minimum əməkhaqqının artırılması nə qədər insanı əhatə edir?

Minimum əməkhaqqının artırılması nə qədər insanı əhatə edir?
671

Minimum əməkhaqqının artırılması 700 000 şəxsi əhatə edir.

Bakupost.az. xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.

O bildirib ki, minimum əməkhaqqı artırılan şəxslərdən 400 000 nəfəri dövlət, 300 000 nəfəri isə özəl sektorda çalışır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar