“Məlum olduğu kimi, gələn ildən vətəndaşların yaşayış minimumu daha 5,5 faiz artaraq 285 manat təşkil edəcək. Yaşayış minimumu sosial əhəmiyyətli göstəricilərin hesablanmasında əsas rol oynayır. Çünki bu, dövlət səviyyəsində müəyyən edilən minimum ehtiyac həddinə aiddir. Gələn il bizdə minimum istehlak səbəti 285 manata çatarsa, bu, o deməkdir ki, bu məbləğ hər bir vətəndaşın qida, geyim, kommunal və digər zəruri xərclər toplusuna olan ilkin tələbatını ödəmək üçün lazımdır. Ona görə də sosial müavinətlər, əmək haqqı və pensiya minimumları müəyyən edilərkən qeyd olunan göstərici nəzərə alınmalıdır, çünki nəzəri cəhətdən bunlar bir-biri ilə əlaqəli məsələlərdir”.
Bunu
Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a deyib.
O qeyd edib ki, əslində, bu, yoxsulluqla mübarizə üçün bir reseptdir və gəlirləri real xərclərə uyğunlaşdırmağa kömək edir:
“Bizim üçün bu, ərzaq, qeyri-ərzaq mallarının, eləcə də mənzil-kommunal xidmətləri, nəqliyyat və rabitə xərcləri və s. dəsti nəzərdə tutan çox sıxılmış paketi ehtiva edir. Lakin beynəlxalq təcrübədə xarici səfərlər, mədəni tədbirlər və s. bu səbətə daxil edilir. Deməli, səbətə yenidən baxmağın vaxtı çatıb”.
Sevinc,
BakuPost