Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.
Bakupost.az xəbər verir ki, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.
R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.