Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub, onun səfəri yaxın vaxtlarda baş tuta bilər.
Bakupost.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, rəsmi səviyyədə Moskva ilə İrəvan arasında münasibətlər asan deyil.
Eyni zamanda, Lavrov vurğulayıb ki, Rusiya əməkdaşlıq etdiyi Ermənistana diktə etmir və ABŞ ilə razılaşma ilə bağlı qərarı suverendir.