Ru
22:29 / 05 İyul 2024

Misir Mərdanov xanımı ilə Qarabağda - FOTOLAR

1570

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,sSabiq təhsil naziri Misir Mərdanov iailəsi ilə birgə işğaldan azad edilən rayonlarda olub.

Bakupost.az xəbər verir ki, sabiq nazir təəssüratlarını sosial şəbəkədə bölüşüb:

"Əziz dostlar, ötən həftə İki günlük asudə vaxtımı həyat yoldaşım və oğlumla birgə işğaldan azad olunmuş torpaqlarımızda keçirtdik.

Həyatımın bu iki günü ən dəyərli məqamlar kimi yaddaşıma yazıldı.
Əvvəlcə Fizuli rayonunda olduq, orada erməni vandalları tərəfindın dağıdılmış, uçurulmuş, viran qalmış yaşayış məntəqələrini gördük, Fizuli şəhərində gedən quruculuq işləri ilə tanış olduq. Doğurdan da, son iki ildə öz gözəlliyi ilə insanı heyran edən şəhərlə tanış olduq və doğma torpaqlarına geri dönən əhalinin orada məskunlaşdığının şahidi olduq. Sonra Füzuli beynəlxalq hava limanı ilə tanış olduqdan sonra gözəlliklərinə heyran qaldığım Hadrut rayonunun ərazisindən keçərək Azərbaycanın Mədəniyyət Mərkəzi olan Şuşaya çatdıq.

Şuşa mehmanxanasında yerləşib bir az istirahət etdikdən sonra bu gözəl şəhərlə tanış olduq. Cıdlr düzündə, Gövhərağa Məscidində, Molla Pənah Vaqifin Məqbərəsində, "Güllələnmiş Heykəllər" bağında və Şuşa Qalasının girişində olduq.

Şuşanın hər yerində böyük sürət və həvəslə geniş quruculuq işlərinin davam etdiyini gördük. İnanıram ki, bir neçə ildən sonra Şuşa Azərbaycanın ən möhtəşəm turizm mərkəzlərindən birinə çevriləcəkdir. Gecəni Şuşada qalıb səhər tezdən Laçına yola düşdük. Çox gözəl mənzərəli Şuşa-Laçın yolu boyu yolların genişlənməsi və abadlaşması istiqamətində görülən işlərin şahidi olduq. Nəhayət, Laçının mərkəzinə çatdıq. Burada tamam başqa bir aləmlə tanış olduq.

Laçın rayon mərkəzində və onun yaxınlığında yerləşən Zabux kəndində bütün yaşayış məntəqələri yenidən inşa olunmuş hər iki yaşayış məntəqəsində yerli əhali məskunlaşmış, bütün evlər su, qaz, elektrik enerjisi və internet xətti ilə təmin olunmuşdur.

Əziz dostlar mən dünyanın əksər ölkələrində olmuşam buralar, yəni Laçın rayon mərkəzi və Zabux kəndi mənə İsveçrənin, Almaniyanın şəhər və kəndlərini xatırlatdı. Zabux kəndində gördüyüm məktəb binası ən yüksək standartlar səviyyəsində idi. Orada yaşayan insanlarla və ziyarətə gəlmiş turistlərlə görüşdüm, burada məskunlaşan insanların məşğulluq məsələsi necə həll olunduğu ilə maraqlandım. Mənə söylədilər ki, hər kəs öz peşəsinə uyğun işlə təmin olunub və daha çox işçiyə ehtiyac var.Günorta yeməyimizi gözəl Zabux çayının sahilində, oraları ziyarətə gəlmiş jurnalistlərlə yedik.Geriyə dönərkən yol boyu qısa müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa iştirakı və dəstəyi ilə burada görülmüş işlərə görə qürur hissi keçirtdim. İstərdim ki, daha çox soydaşlarımız bu yerlərə gəlsinlər və görülmüş işləri öz gözləri ilə görüb qiymətləndirsinlər. Bu, çox vacib məsələdir.
İkinci arzum ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda nəzərdə tutulmuş bütün quruculuq işləri tezliklə başa çatsın və Azərbaycan vətəndaşları öz doğma el-obalarına qayıda bilsinlər.

Əziz həmvətənlər! Sözün həqiqi mənasında ölkəmiz və millətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə çox böyük, uğurlu işlərin şahidi olmuşdur. Bu illərdə, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, ikinci tərəfdən beynəlxalq aləm erməni vəhşiliyi ilə tanış olmuş və Azərbaycanın sülhməramlılığının, quruculuğunun şahidi olnuşdur".



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər