Ru
14:53 / 25 Aprel 2025

Misir Şahquliyev məsuliyyətdən azad edildi

Misir Şahquliyev məsuliyyətdən azad edildi
Eye

Nüfuz alverində ittiham edilən vəkil Misir Şahquliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakupost.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Şahquliyevin vəkili Kamandar Nəsibov bildirib ki, məhkəmə araşdırmasının sonunda müvəkkilinin əməli tövsif edilib. Maddə dəyişdiyindən cinayət təqibinə xitam verilib. Misir Şahquliyev cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, M.Şahquliyev prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. İddia olunurdu ki, təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi qismində iştirak edən Misir Şahquliyev öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına təsir etmək imkanının olmasını bildirib, müvəkkilinə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul alıb.

Vəkil barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar