Ru
18:55 / 19 Fevral 2025

Misirdə 30 milyon il yaşı olan yırtıcı heyvanın qalıqları tapıldı - FOTO

Misirdə 30 milyon il yaşı olan yırtıcı heyvanın qalıqları tapıldı - FOTO
1124

Paleontoloq Şoruk Əl-Aşkarın rəhbərlik etdiyi tədqiqat qrupu Misirin qoruyucu ilahəsi Bastetin şərəfinə Bastetodon syrtos adlandırdıqları, nəsli kəsilmiş qədim ətyeyən heyvanın demək olar ki, tam kəllə sümüyünü aşkar edib.

Bakupost.az xəbər verir ki, bu barədə “MK” məlumat yayıb.

Kəşf qədim onurğalıları tədqiq edən alimlər üçün “arzu olunan tapıntı” idi.

Əl-Aşkarın sözlərinə görə, qazıntı prosesi gərgin keçib, lakin komanda işi başa çatdırmaq üzrəykən onun üzvlərindən biri yerdən iri dişlərin çıxdığını görüb.

Hazırda səhraya çevrilmiş Fayum bir vaxtlar həyatla dolu sıx meşə idi. Mütəxəssislər deyirlər ki, 30 milyon il əvvəl ekosistemdə primatlar, begemotlar və fillər də daxil olmaqla müxtəlif heyvanlar yaşayırdı, lakin onun ən böyük yırtıcısı güclü çənələri və ülgüc kimi iti dişləri olan bəbir boyda heyvan idi.

Fayum hövzəsi məməlilərin inkişafında həlledici rol oynayan Paleogen dövrünün öyrənilməsi üçün əsas sahəyə çevrilmişdir. Bura elmi əhəmiyyətə malikdir və bir əsrdən artıqdır ki, paleontoloqlar tərəfindən tədqiq edilir.

Paleontoloq Mett Borts qeyd edib ki, Fayum Afrikadakı ən mühüm fosil toplanan ərazidir. Bölgə fillər və primatlar kimi məməlilərin təkamülünü öyrənmək üçün unikal imkan yaradır və eyni zamanda Bastetodonun aid olduğu hyaenodont qrupu haqqında məlumat mənbəyidir.

Bastetodonun kəllə sümüyü onu hyaenodont kimi təsnif edən xarakterik xüsusiyyətlərə malikdir. Bu heyvanlar yalnız ətyeyən idi, onların qidası 70 faiz ətdən ibarət idi. Başqa sözlə, Bastetodon öz bölgəsinin yırtıcıları arasında dominant mövqe tuturdu. Bu kəşf nəsli kəsilmiş növlərin anatomiyasını və davranışını anlamaq üçün mühüm əhəmiyyət kəsb edir.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar