Ru
20:34 / 30 Sentyabr 2024

Mişustin İrandan İrəvana gəldi

522
Rusiyanın Baş naziri Mixail Mişustin İrandan Ermənistana işgüzar səfərə gedib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd olunur ki, sabah Avrasiya Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcəklər.

Tədbir zamanı tərəflər daxili bazarın fəaliyyətini, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sektorlarında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, həmçinin 2030-cu ilə qədər təşkilat çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiyanın hökumət başçısı bu gün səhər İrana rəsmi səfər etmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar