Gürcüstan Daxili İşlər Nazirliyi ötən ilin noyabr-dekabr aylarında etiraz aksiyalarında iştirak edən 25 xarici ölkə vətəndaşının ölkədən çıxarılması üçün prosedurlara başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in rəsmi saytında bildirilir.
“Miqrasiya idarəsi tərəfindən barələrində deportasiya proseduruna başlanılan şəxslər arasında bu ilin noyabr-dekabr aylarında Tbilisidə keçirilən aksiyalarda iştirak etmiş və məhkəmə tərəfindən müxtəlif inzibati cəzalara məhkum edilmiş xarici ölkə vətəndaşları var. Onlar ümumilikdə 25 nəfərdir”, - deyə məlumatda bildirilir.
Onlardan artıq 10 nəfər Gürcüstan ərazisini tərk edib.
Gürcüstan DİN-dən verilən məlumata görə, deportasiya proseduru çərçivəsində ölkədən çıxarılan əcnəbi vətəndaşların bir qismi ölkəni könüllü tərk edib, bəziləri isə məcburi şəkildə çıxarılıb. Deportasiya edilənlər arasında Rusiya Federasiyasının vətəndaşları da var.
Zaur, BakuPost