Ru
22:35 / 14 Yanvar 2025

"Moldova ya məhv olacaq, ya da başqa dövlətin bir hissəsi..." - Patruşev

 "Moldova ya məhv olacaq, ya da başqa dövlətin bir hissəsi..." - Patruşev
1585

"Kişinyovun anti-Rusiya siyasəti" Moldovanın ya başqa dövlətin tərkibinə daxil olmasına, ya da mövcudluğunu dayandırmasına gətirib çıxaracaq".

Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri Nikolay Patruşev bəyan edib.

O, “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib ki, Moldovada baş verən enerji böhranının günahı ölkə hakimiyyətinin üzərinə düşür. Patruşev rəsmi Kişinyovu "özünü və xalqını aldatmağa" yox, "səhvlərini etiraf etməyə və vəziyyəti düzəltməyə" çağırıb:

"Mən istisna etmirəm ki, Kişinyovun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsinə çevrilməsinə, ya da ümumiyyətlə mövcudluğunu dayandırmasına gətirib çıxaracaq”.

Moldova Xarici İşlər Nazirliyi bu bəyanatı pisləyib:

"Bu cür bəyanatlar ölkəmizin daxili işlərinə qəbuledilməz müdaxilədir və regionda sabitliyi pozmağa yönəlib. Moldova Respublikası vətəndaşlarının iradəsinə uyğun olaraq demokratiya və Avropaya inteqrasiya yolu ilə ardıcıl gedən suveren dövlətdir".

Xatırladaq ki, Moldovanın xarici işlər naziri Mixay Popşoiy bir gün əvvəl bildirmişdi ki, o, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın ölkəsi ilə bağlı bəyanatlarını artıq şərh etmir, çünki bunlar diplomatiyaya aid məsələlər deyil.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar