Ru
20:27 / 15 Yanvar 2025

Moskva ilə əlaqələri qorumaqda maraqlıyıq - Papikyan

Moskva ilə əlaqələri qorumaqda maraqlıyıq - Papikyan
Eye

Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən mətbuat konfransında Ermənistan müdafiə naziri Suren Papikyan bildirib.

"İrəvan Moskva ilə yüksək səviyyəli əlaqələri qorumaqda maraqlıdır, lakin biz KTMT haqqında danışdığımızda obyektiv suallarla qarşılaşırıq. Bu suallara sağlam müzakirə əsnasında cavab verilməlidir", - deyə o bildirib.

Papikyan qeyd edib ki, Ermənistan de-fakto KTMT-nin fəaliyyətində iştirak etmir, lakin respublika Rusiya ilə münasibətlərə dair heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatdan çıxmayıb.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar