Moskva Regionlararası Nəqliyyat Prokurorluğu Rusiya paytaxtından İrəvana reysin gecikməsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun rəsmi Telegram kanalında məlumat verilib.
Uçuş üçün 4-ü körpə, 13-ü uşaq olmaqla 238 sərnişinin qeydiyyata alındığı bildirilir. Aviaşirkətdən prokurorluğa məlumat verilib ki, sərnişinlər gözlədikləri müddətdə qida ilə təmin olunublar.
Qeyd olunur ki, Ural Nəqliyyat Prokurorluğu da yoxlama təşkil edib.
Martın 12-də Moskva-İrəvan reysi ilə uçan sərnişinlərin təyyarədə nasazlıq səbəbindən bir sutka Vnukovo hava limanında ilişib qaldıqları bildirilib. SHOT Telegram kanalının məlumatına görə, “Boeing 767” martın 11-i saat 21:40-da havaya qalxmalı idi, lakin uçuş əvvəlcə üç saat, sonra isə beş dəfə təxirə salınıb. Sərnişinlər şikayət edirlər ki, aviaşirkət nə baş verdiyini izah etmir. Kanal qeyd edir ki, reysin saat 21:50-də uçması planlaşdırılır. Hazırda UTair aviaşirkəti uçuş gecikmələri səbəbindən sərnişinlərə yemək üçün təxminən 1400 rubl ödəyib.
Martın 9-da Rusiya aviaşirkətlərinin yüzlərlə sərnişini qatı duman səbəbindən Soçi hava limanında qalıb.
Zaur,BakuPost