Ru
13:33 / 27 Mart 2025

Moskva İrəvana hücuma keçdi: "İki stulda otura bilməyəcəksiz"

Moskva İrəvana hücuma keçdi: "İki stulda otura bilməyəcəksiz"
Eye

Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq, iki stulda oturmaq mümkün olmayacaq.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

"Mən (Ermənistanda) qəbul olunmuş qanunun mətnini oxudum. O qanun belədir - bütün yaxşı olanlara qarşı bütün pis olanlar, tamamilə ümumi sözlər. Amma bu, Ermənistanın daxili işidir", - deyə o, Aİİ və Aİ-nin oxşar gündəliyinə malik olduğunu qeyd edib.

Overçuk vurğulayıb ki, Ermənistan seçim etməli olacaq:

"Çünki iki stulda oturmaq mümkün deyil, bu, tamamilə aydındır".

Martın 26-da Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzv olmaq niyyəti ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. baxmayaraq ki, birlik özü ölkəyə üzvlük təklifi etməyib. Müxalifət isə sənədi hüquqi baxımdan "absurd" adlandırıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar