Ru
10:51 / 05 İyun 2024

“Moskva İrəvanla Bakının barışığını dəstəkləməyə hazırdır” - Qaluzin

“Moskva İrəvanla Bakının barışığını dəstəkləməyə hazırdır” -  Qaluzin
1588

Moskva İrəvan və Bakının barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini Rusiya tərəfinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması üçün keçirilən görüşünü müsbət qiymətləndirdiyini bildirib.

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verdi. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Moskva artıq iki dəfə - 2023-cü ilin may və iyul aylarında Bakı və İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib. Rusiya iki xalqın barışmasına hərtərəfli dəstək verməyə, regiondakı bütün ölkələrin təhlükəsizliyini və rifahını təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həll yollarının axtarışını təşviq etməyə hazırdır”, - deyə nazir müavini bildirib.

Nazir müavini Ermənistan-Azərbaycan təmasları üçün platforma yaradan Astananın rolunu da yüksək qiymətləndirib:
“Belə görüşlərin 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlərə uyğun olması vacibdir ki, onlar sülh müqaviləsinin bağlanmasından əlavə, Azərbaycan və Ermənistan arasında müştərək sərhəd və vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin inkişafı, nəqliyyat və iqtisadi əlaqələrin açılmasını, sərhədlərin müəyyənləşdirilməsini nəzərdə tutur”, -deyə Qaluzin əlavə edib.

Vasif
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar