Ru
17:15 / 10 Fevral 2025

"Moskva regional siyasətində strateji səhvlər edir” - Politoloq

"Moskva regional siyasətində strateji səhvlər edir” - Politoloq
Eye


“Rusiya Azərbaycanın Türkiyə ilə regionda qurduğu siyasi konfiqurasiyanı hədəf alıb. Məhz Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının müsbət istiqamətdə irəliləyişi və Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət proseslər Kremli ciddi şəkildə narahat edir. Rusiyanın regionda yaranan siyasi nizamı öz leyhinə dəyişməsi mümkün deyil. Onların AZAL təyyarəsini vurması Azərbaycana ciddi təzyiq vasitəsi idi”.

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.


O bildirib ki, Cənubi Qafqazda siyasi nizam dəyişib və Moskva regional siyasətində strateji səhvlər edir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra, Rusiya hərbi bazasını itirəcək. Hazırda Moskva regiondan tamamilə getmək narahatlığını yaşayır. Azərbaycanla ikitərəfli münasibətlərin normallaşması mümkündur. Amma, əvvəlki kimi olmayacaq".

Politoloq vurğulayıb ki, Rusiya Azərbaycanla Ermənistan arasında danışıqlardan tam kənarlaşdırılıb: “Proseslər Moskva üçün gözlənilməz bir axara daxil olub”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar