Ru
15:37 / 17 Mart 2025

“Moskva sülhün öz şərtləri ilə imzalanmasına çalışır” - Tofiq Zülfüqarov

“Moskva sülhün öz şərtləri ilə imzalanmasına çalışır” - Tofiq Zülfüqarov
Eye

“Ukrayna ilə Rusiya arasında atəşkəsin imzalanması gözlənilir. Bundan sonra tərəflər siyasi yolla məqsədlərinə nail olmaq üçün danışıqlarda iştirak etməlidirlər. Təbii ki, danışıqlarda həm Rusiyanın, həm də Ukraynanın nəyəsə nail olacağına ümid azdır. Çünki tərəflərin mövqeyi bir-biri ilə üs-üstə düşmür. Rusiya işğal olunmuş əraziləri beynəlxalq ictimaiyyətə və Ukraynaya qəbul etdirmək, tanıtdırmaq istəyir. Bu isə mümkün deyil”.

Bu fikirləri Bakupost.az -a politoloq Tofiq Zülfüqarov bildirib.

O qeyd edib ki, Ukraynanın əsas məqsədi ərazi bütövlüyünü tam bərpa etməkdir. Kiyev danışıqlar masasında bu məsələni hər zaman gündəmdə saxlayacaq:



“Ukraynanın siyasi addımlarında, hərbi, iqtisadi siyasətində əsas prioritet ərazilərin işğaldan azad edilməsinə yönələcək. Eyni prioritet Rusiya üçün də keçərlidir. Atəşkəs olsa da, gələcəkdə Ukrayna ordusunun hərbi baxımdan imkanları daha da artacaq. Moskva indiki məqamda öz şərtləri ilə sülh imzalanmasına çalışır. Amma Ukrayna buna razı deyil. Gələcəkdə də razı olacağı inandırıcı deyil”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar