Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:28 / 01 Mart 2024

Moskva və Berlin arasında gərginlik: alman zabitlərin Krımla bağlı qalmaqallı səs yazısı

1891
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yüksək rütbəli alman zabitlərinin Krım körpüsünə zərbə endirmək planları ilə bağlı müzakirələrinin səs yazılarının yayıldığını və bunun ciddi müzakirəyə və cavabı ehtiyacı olduğunu bildirib.

Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında bildirib.

Volodin paylaşımında "bunu necə etmək olar ki, Almaniya kansleri Olaf Şolts şübhə altına düşməsin" deyə sual edib.

O bildirib ki, deputatlar martın 11-dək regioanlardan qayıtdıqdan sonra bu məsələ Dövlət Dumasının iclasında müzakirə ediləcək. Həmçinin Dövlət Dumasının spikeri Bundestaqan məsələ ilə bağlı araşdırma aparılmasının tələb edilməsini zəruri sayır.

Bundan əlavə, o qeyd edib ki, söhbətin qeydə alınması faktı Almaniya rəhbərliyini Rusiyaya zərbə endirmək planlarını müzakirə edərkən Bundesverin karyera hərbçilərinin Almaniya Federativ Respublikasının hansı qərarlarını rəhbər tutduqları barədə izahat verməyə məcbur edir:

"Onlar cəzalandırılacaqmı? Bu cəza nədən ibarət olacaq? Bundestaq deputatlarının baş verənlərdən xəbəri olubmu? Solts bu hərəkətlərə görə Rusiyanın cavab zərbəsi endirməli olduğunu başa düşürmü?"

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar