Ru
16:58 / 22 Fevral 2024

Moskvada bayram "hazırlığı": corab və dezodorant oğrulari tutuldu - VİDEO

2199
Moskvada 23 Fevral - Vətən Müdafiəçiləri Günü ərəfəsində dezodorant və corab oğurluğu halları artıb.

Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının paytaxt idarəsi məlumat yayıb.

Belə ki, şəhərin şimalında mağazadan dezodorant oğurlayaraq qaçmağa çalışan 20 yaşlı oğlan saxlanılıb. Ondan 60 ədəd tər əleyhinə vasitə götürülüb. Həmin şəxsin əvvəllər məhkum olunduğu bildirilir.

Yeni Moskvada isə supermarketdən nəinki dezodorant, hətta corab da çıxarmağa çalışan 26 yaşlı yerli sakin saxlanılıb.

Rusiya Qvardiyası saxlanılanları polisə təhvil verib.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar