Ru
11:43 / 02 Yanvar 2025

Moskvada Əsədi zəhərlədilər

Moskvada Əsədi zəhərlədilər
3656

Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib.

Bakupost.az Axar.az- a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Sun” nəşri məlumat yayıb.

İddia olunur ki, Əsədi zəhərləyərək öldürmək istəyiblər:

“Əsəd şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıb. Dərhal həkimə müraciət edilib”.

Məsələyə münasibət bildirən hərbi mənbə Sui-qəsd cəhdinin edildiyini düşünmək üçün bütün əsasların olduğunu deyib.

Əsədin evində müalicə olunduğu və vəziyyətinin bazar ertəsi stabilləşdiyi vurğulanıb.

Qeyd olunub ki, analizlər bədənində zəhər olduğunu göstərib.

Qeyd edək ki, Britaniya nəşri xəbərlə bağlı heç bir rəsmi mənbəyə istinad etməsə də, Rusiyadan bu iddiaya heç bir reaksiya verilməyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar