Dünən Moskvada internetdə canlı yayım vasitısilə etnik ədavəti qızışdırmaqda təqsirli bilinən şəxs saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Həmin şəxs internet platformalarından birində canlı yayıma çıxıb və milli mənsubiyyət zəminində nifaq salmağa yönəlmiş çağırışlar etməyə başlayıb.
Bundan hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər tutub və hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb.
Sosial şəbəkələrdə həmin şəxsin içkili olması qeyd edilir. Bəzi məlumatlara görə, bu, milliyyətcə azərbaycanlı olan Cəmşid Çingiz oğlu Mansırxanovdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat yaymayıb.