Ru
17:41 / 25 Aprel 2025

Moskvada gərgin müzakirə: Uitkoff Putinlə görüşə hansı təkliflərlə gəlib?

Moskvada gərgin müzakirə: Uitkoff  Putinlə görüşə hansı təkliflərlə gəlib?
Eye

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya gəlib.

Bakupost.az -ın TASS-a istinadən məlumatına görə, onun Rusiya lideri Vladimir Putinlə görüşü hazırda iki saatdan çoxdur ki davam edir.

Qeyd edək ki, bu, Uitkoffun Moskvaya dördüncü səfəridir.

ABŞ lideri Donald Tramp Ukrayna və Rusiyanın saziş əldə olunması üçün güzəştlərə getməyəcəkləri təqdirdə ABŞ-nin danışıqlardan çıxacağını bildirib.

Axios-a görə, ABŞ-ın Rusiyaya təklif etdiyi plan bundan ibarətdir:

1) ABŞ Krımı de-yure Rusiyanın ərazisi tanıyır
2) Qərb hazırda rus qoşunlarının nəzarət etdiyi rayon və kəndləri de-fakto Rusiyanın ərazisi hesab edir
3) Xarkov vilayətindəki ərazilər Ukraynanın nəzarətinə qayıdır
4) Ukrayna Avropa Birliyinə inteqrasiya hüququnu əldə edir. Lakin NATO-dan imtina edir
5) Ukrayna Avropa dövlətləri tərəfindən təhlükəsizlik qarantiyaları alır
6) Zaporojye AES-i Ukraynanın nəzarətinə qayıdır, ABŞ-la birgə stansiyanı istismar edir
7) Qərb Ukraynanın bərpasını təmin edir...

Bundan əlavə, "Politico" xəbər verdi ki, Ağ Ev Nord Stream 2 qaz kəməri və digər Rusiya aktivlərinə qarşı sanksiyaların qaldırılmasını da nəzərdən keçirir.

Elmina Qasımova,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar