Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Skarlet Sails” elit yaşayış kompleksində partlayış baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat dərc edib.
Partlayış 1-ci mərtəbədə qeydə alınıb. Bildirilir ki, partlayışa səbəb əldəqayırma partlayıcı qurğu və ya qumbara olub. Hadisə nəticəsində bir nəfər ölüb.