"Moskva Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı vasitəçiliyini təklif edib. Rusiya Baş nazirinin müavini Aleksey Overcuk qeyd edib ki, Hərbi Baş Kəşfiyyat İdarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazırdırlar".
Bunu
Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Rusiya tərəfi xəritələri təqdim etməklə, prosesdə olmağa çalışır. Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlər ola və bu da ikitərəfli danışıqların pozulmasına gətirib çıxara bilər. Məhz Moskva prosesi öz nəzarətinə almaqla idarə etməyi planlaşdırır. Azərbaycan belə bir təklifə razı olmayacaq:
"Azərbaycan Rusiyanın xəritə təklifini obyektiv qiymətləndirə bilməz. Çünki, Rusiya vasitəçilik etimadını itirib. Məhz AZAL təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyətdən yayinması, kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribat yönlü materialların verilməsi onu deməyə əsas verir ki, Moskva sərhəd komissiyasının işinə real töhfə verə bilməz. Bununla da Rusiya öz vasitəçiliyinin üstündən xətt çəkmiş olur. Bundan sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bu, Moskvanın iştirakı ilə olmayacaq. Təyyarə böhranından sonra, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda iştirakına icazə verilməyəcək. Çünki Rusiya tərəfi dəhlizə nəzarət mexanizmini gündəmə gətirir".
Sevinc,
BakuPost