Ru
12:33 / 11 Mart 2025

Moskvaya PUA hücumu: 2 ölü, 18 yaralı

Moskvaya PUA hücumu: 2 ölü, 18 yaralı
Eye

09.49

Ukrayna ordusu ötən gecə Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlar edib.


Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, gecə ərzində regionlar üzərində 337 PUA zərərsizləşdirilib. Onlardan 91-i Moskva vilayətinin üzərində vurulub.

Bu, cari ildə Rusiya ərazisinə edilən ən genişmiqyaslı PUA hücumu olub.

“RİA Novosti”nin məlumatına görə, Moskva vilayətində hücum nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

***

Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb, üçü uşaq olmaqla 18 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda xəstəxanalarda biri uşaq olmaqla 6 nəfər var, zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağırdır.

Qeyd edək ki, ötən gecə Ukrayna Rusiya ərazisinə 337 PUA ilə hücum edib. PUA-lardan 91-i Moskva regionu ərazisində vurulub.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar