İranın ötən il oktyabrın 7-dən bəri xarici ölkələrdə yəhudilərə qarşı planlaşdırdığı və "Mossad" tərəfindən qarşısı alınan qlobal terror hücumlarının həcmi ötən illə müqayisədə ən azı iki dəfə artıb.
Bakupost.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti bildirib.
Ötən müddət ərzində dünyada bu cür hücum cəhdlərinin sayı 50-dən çox olub.
Nəşr qeyd edib ki, dünya bu hadisələrin az bir hissəsindən məlumatlıdır:
"2023-cü ilin sentyabrında "Mossad" direktoru David Barnea Reichman Universitetindəki çıxıçında təşkilatın xarici ölkələrdə İranın yəhudilərə qarşı planlaşdırdığı 27 qlobal terror hadisəsinin qarşısını aldığını açıqlayıb.
Bu rəqəmin ən azı iki dəfə artması faktı Tehranın bütün dünyada yəhudilərə zərər verməyə nə qədər həvəsli olduğunu və bu məqsə üçün nə qədər böyük resurslar sərf etdiyini göstərir".
Bəs, "Mossad" xaricdə israillilərə qarşı hücumların qarşısını necə alıb?
“The Jerusalem Post” qeyd edib ki, bəzən bu terror hücumunun qarşısı "Mossad"la tərəfdaş xarici ölkənin kəşfiyyat xidməti arasında əməkdaşlıq yolu ilə alınır:
"Bəzən isə "Mossad" xarici ölkələrdə gizli və müstəqil fəaliyyət göstərir. Hətta bəzən İsrailə qismən düşmən olan və ya onunla diplomatik əlaqələri olmayan xarici ölkələrin casus kəşfiyyatı ilə də əməkdaşlıq edilir.
Qüdslə diplomatik əlaqələri olmayan bu cür düşmən ölkələr və ya xalqlar israillilərə köməkyi mütləq prioritet hesab etmirlər. Sadəcə, İran kimi xarici aktorun onların suveren ərazilərində terror əməliyyatı həyata keçirəməsinə imkan vermək istəmirlər.
"Mossad"ın əməkdaşlıq etdiyi ölkələrin çox kiçik və natamam siyahısına Kipr, Almaniya, Danimarka və Türkiyə daxildir.
Zaur
BakuPost