Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:32 / 29 Noyabr 2024

Mourinyo avrokuboklarda bu REKORDU QAZANDI

572
Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi Joze Mourinyo diqqətçəkən statistikaya imza atıb.

Bakupost.az xrici KİV-ə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Çexiyada “Slaviya komandası ilə keçirilmiş V tur oyununda (2:1) baş məşqçi kimi 119-cu qələbəsini alıb. Bununla da 62 yaşlı portuqaliyalı çalışdırıcı İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelottidən sonra avrokuboklarda ən çox qalibiyyət əldə edən ikinci mütəxəssis olub.


İtaliyalı baş məşqçinin isə Avropa arenasında 121 qələbəsi var.

Qeyd edək ki, Joze Mourinyonun “Fənərbağça” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar