Ru
18:28 / 30 Dekabr 2024

Müdafiə naziri müalicə olunan hərbçilərə baş çəkdi

Müdafiə naziri müalicə olunan hərbçilərə baş çəkdi
Eye

Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.

Bakupost.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.

Nazirliyinin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşaraq Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.

Baş Klinik Hospitalın peşəkar tibb personalının xidmətləri yüksək qiymətləndirilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar