Ru
15:45 / 16 Dekabr 2024

Müdafiə Nazirliyinin keçmiş rəisinin cəzası ağırlaşdırıldı

Müdafiə Nazirliyinin keçmiş rəisinin cəzası ağırlaşdırıldı
Eye

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanova sanksiya həddindən qat-qat aşağı cəza təyin edilməsindən verilmiş protestə və apellyasiya şikayətlərinə baxılıb.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu işlə bağlı yekun qərarını elan edib.

Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər belə qənatə gəlib ki, müttəhim polkovnikə törətdiyi cinayətə münasibətdə yüngül cəza verilib.

Yekun qərarla dövlət ittihamçısının protesti qismən təmin edilib. Məlikməmməd Qurbanovun cəzası 4 ildən 6 il 6 aya qaldırılıb.

Hökm qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar