Ru
15:07 / 24 Dekabr 2024

Müəllim aldığı kriptovalyutanı belə reklam etdi - Qalmaqallı VİDEO

Müəllim aldığı kriptovalyutanı belə reklam etdi - Qalmaqallı VİDEO
Eye

Türkiyədə bir məktəb müəlliminin aldığı kriptovalyutaları reklam etmək üçün şagirdlərdən istifadə etməsi ilə bağlı qalmaqallı görüntülər ortaya çıxıb.

Bakupost.az türk mediasına istinadən xəbər verir ki, müəllimin müxtəlif kriptovalyuta markalarının loqolarını 2-ci sinif şagirdlərinin üzünə yapışdırıb onlarla "gecə-gündüz"oynaması böyük reaksiya doğurub.

Bir çox vətəndaş uşaqların reklam məqsədilə istifadə edilməsinin yolverilməz olduğunu və rəsmi qurumlardan açıqlama gözlədiklərini bildirib.

Görüntülərin hansı məktəbə aid olduğu hələlik müəyyən edilməyib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar