Ru
14:37 / 12 Oktyabr 2024

Müəllim qız tələbəni sürüyə-sürüyə sinifdən çıxardı - VİDEO

1273
Rusiyada Xabarovsk Nəqliyyat Texnologiyaları Texniki Məktəbinin müəllimi qız şagirdi döşəmədə sürüyərək sinifdən çıxarıb.

Bakupost.az xəbər verir ki, bu barədə Readovka Telegram kanalı bildirib.

Münaqişənin qızın suallara cavab verə bilməməsi səbəbindən baş verdiyi qeyd edilir.

Teleqram kanalının məlumatına görə, tələbə omonimlərlə bağlı sualları cavablandıra bilməyib. Müəllim onun üstünə qışqırmağa başlayıb. Qız da buna cavab olaraq səsini qaldırıb. Kişi tələbəni sinifdən qovmaq qərarına gəlsə də, qız sinifdən çıxmaqdan imtina edib. Bundan sonra müəllim partaya yaxınlaşıb, qızın əlindən tutub və onu sürüyə-sürüyə sinifdən çıxarıb.

Şagirdlər münaqişə anını lentə alıblar. Kadrlarda qızın parta və qapıdan tutaraq müqavimət göstərməyə çalışdığı görünür. Bəziləri qeyd edib ki, müəllimin bu cür davranışı yolverilməzdir və bu barədə direktora məlumat verilməlidir.

Bundan əvvəl Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində müəllimlə keçmiş tələbə arasında dava olub. Langepas Politexnik Kollecində gənc oğlan bıçaqla informatika müəlliminə hücum edib. Müəllim keçmiş şagirdə müqavimət göstərib və onu məktəbdən qovub. Tələbə saxlanılıb. Onun barəsində “Öldürmə və ya sağlamlığa ağır zərər vurma ilə hədələmə” və “Xuliqanlıq” maddələri ilə cinayət işi açılıb.

Zaur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar